6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

KİV: Putin Əsədi devrilməzdən əvvəl hakimiyyətdən uzaqlaşdırmağı düşünürdü

14-iyul-2026, 18:41
KİV: Putin Əsədi devrilməzdən əvvəl hakimiyyətdən uzaqlaşdırmağı düşünürdü
Yazı Ölçüsü:

Rusiya prezidenti Vladimir Putinin çevrəsi 2024-cü ilin dekabrında Suriya rejiminin süqutundan bir neçə ay əvvəl prezident Bəşər Əsədin vəzifədən uzaqlaşdırılması imkanını müzakirə edib.

"PostMedia" xəbər verir ki, bu barədə "The Observer" nəşri yazıb.

Məlumata görə, Kremldə Əsədin mümkün varislərinin siyahısı hazırlanıb və siyahıda ilk sırada onun həyat yoldaşı Əsma Əsəd yer alıb. Bildirilir ki, Əsma uzun illər ərzində ölkədə siyasi və iqtisadi qərarlara ciddi təsir göstərən əsas fiqurlardan biri olub.

Nəşrin iddiasına əsasən, Putin Əsədi zəif lider hesab edir və ona hətta hakimiyyəti həyat yoldaşına təhvil vermək təklif edilib. Lakin Əsəd bu təklifi istehza ilə qarşılayıb.

Suriya rejiminin süqutundan sonra Bəşər və Əsma Əsəd Rusiyaya sığınıblar. Mənbələrin iddiasına görə, Əsma Əsəd sonradan müxtəlif ölkələrə, o cümlədən Dubaya səfərlərini davam etdirib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031