6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp: "Mənə sui-qəsd olsa, İrana misli görünməmiş zərbə endiriləcək"

10-iyul-2026, 20:13
Tramp: "Mənə sui-qəsd olsa, İrana misli görünməmiş zərbə endiriləcək"
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana onun həyatına sui-qəsd ediləcəyi təqdirdə görünməmiş miqyasda zərbə endirilməsi ilə bağlı əvvəlcədən göstəriş verib.

"PostMedia" xəbər verir ki, o, "New York Post" nəşrinə müsahibəsində Tehranın uzun illərdir onu hədəfə aldığını düşündüyünü qeyd edib.

"Mən artıq çoxdan onların siyahısındayam. Mən yalnız bir göstəriş vermişəm: əgər mənə nəsə olsa, onları indiyədək görünməmiş şəkildə bombalasınlar", – deyə Tramp bildirib.

ABŞ lideri İsrailin yaxın vaxtlarda Vaşinqtonu ona qarşı yeni sui-qəsd planı barədə xəbərdar etdiyi ilə bağlı məlumatları təkzib edib. Bununla belə, Tramp özünü İranın "bir nömrəli hədəfi" hesab etdiyini vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930