6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Dələ "Meta"nın Banqkokdakı ofisində qarışıqlığa səbəb olub

09-iyul-2026, 20:50
Dələ "Meta"nın Banqkokdakı ofisində qarışıqlığa səbəb olub
Yazı Ölçüsü:

Dələ "Meta" şirkətinin Banqkokdakı ofisinə daxil olaraq əməkdaşlar arasında təşviş yaradıb.

"PostMedia" xəbər verir ki, hadisə barədə iyulun 8-də "Wired" portalı şirkətin daxili sənədinə istinadən məlumat yayıb.

Sənəddə bildirilir ki, dələ texnologiya nəhənginin regional komandalarının yerləşdiyi Banqkok binasında sərbəst qalıb. Heyvan ən azı 20 dəqiqə ofis boyunca qaçaraq əməkdaşların yanından keçib. Tutulana qədər isə təmizlik işçilərindən birinə yüngül xəsarət yetirib.

Nəşrin məlumatına görə, dələ ofisə qutuda gətirilib, lakin oradan qaçmağa müvəffəq olub. Onun hansı məqsədlə binaya gətirildiyi və hazırda harada olduğu açıqlanmayıb.

"Wired" yazır ki, dələni ofisə gətirdiyini təmizlik işçilərindən biri etiraf edib. Hadisə zamanı heyvan onun barmağını cızıb. Zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra əlavə müayinələr üçün xəstəxanaya göndərilib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930