Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitində iştirak edən ölkə liderlərinə qeyri-adi hədiyyələr təqdim edib.
"PostMedia" xəbər verir ki, "Turkiye Today" nəşri bu hədiyyələrin üzərində adları həkk olunmuş tapançalar və döyüş sursatı qutuları olub.
Böyük Britaniyanın Baş naziri Kir Starmer jurnalistlərə bildirib ki, Böyük Britaniyada qısa lüləli odlu silahların idxalını və şəxsi mülkiyyətini qadağan edən sərt qanunvericilik səbəbindən o, bu silahı ölkəsinə apara bilməyəcək.
Starmerin sözlərinə görə, tapança Ankarada qalacaq və istifadədən çıxarılacaq. Eyni zamanda, Erdoğan hər bir liderə Türkiyənin ixrac məhdudiyyətlərindən azad edən şəxsi zəmanət məktubu təqdim edib. Lakin bu sənəd digər ölkələrin qanunvericiliyinin tələblərini aradan qaldıra bilməzdi.
Sammitin digər iştirakçılarının da oxşar problemlə üzləşib-üzləşmədiyi hələlik məlum deyil.
NATO sammiti iyulun 7–8-də Ankarada keçirilib. Bu, 2004-cü ildən bəri Türkiyənin ev sahibliyi etdiyi ilk NATO liderlər sammitidir. Tədbir zamanı NATO ölkələrinin müdafiə xərclərinin artırılması, Ukraynaya dəstəyin davam etdirilməsi, həmçinin Türkiyəyə ABŞ istehsalı olan F-35 qırıcılarının tədarükünün bərpası perspektivləri müzakirə olunub.