6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Macarıstanda telekanallarından biri bütün gün “illərlə yalan danışdığına görə” üzr istəyib

08-iyul-2026, 17:25
Macarıstanda telekanallarından biri bütün gün “illərlə yalan danışdığına görə” üzr istəyib
Yazı Ölçüsü:
Macarıstanda Baş nazir Viktor Orbanı əvəz edən Peter Macarın hökuməti ictimai televiziya və radio yayımçısı olan MTVA şirkətinin yenidən təşkil ediləcəyini açıqlayıb.
"PostMedia"nın "Euronews"a istinadən verdiyi məlumata görə, bu çərçivədə M1 telekanalının baş direktoru Jolt Nemet vəzifəsindən azad edilib.
İyulun 7-də M1 telekanalı gün ərzində yalnız qara ekran yayımlayıb. Ekranda isə aşağıdakı mətn yer alıb:
“İctimai media yalan danışmaq hüququna malik deyil. Bu illər ərzində belə davrandığımız üçün üzr istəyirik. İndi media islahatdan keçirilir ki, gələcəkdə müstəqil və etibarlı olsun. Xəbər xidməti müvəqqəti olaraq fəaliyyətini dayandırıb.”
Baş nazir Peter Macar baş verənləri X sosial şəbəkəsində “tarixi gün” adlandırıb.
“Bu gün ictimai medianın platformalarında təbliğatın yayımı dayandırıldı. Onlar gecə də yalan danışırdılar, gündüz də yalan danışırdılar, bütün tezliklərdə yalan danışırdılar. Buna artıq son qoyuldu”, – deyə o yazıb.
İyulun 8-də M1 telekanalı yayımını bərpa edib, lakin xəbər buraxılışları efirə verilməyib.
ATƏT-in Macarıstanda aprel ayında keçirilmiş parlament seçkiləri ilə bağlı müşahidə missiyasının hesabatında qeyd olunurdu ki, ictimai medianın xəbər yayımı bütün siyasi partiyalar üçün bərabər şərait yaratmırdı və MTVA xəbər proqramlarında açıq şəkildə Viktor Orbanı dəstəkləyirdi.
Viktor Orban 16 il Macarıstanın baş naziri olub. Aprelin 12-də keçirilən parlament seçkilərində onun rəhbərlik etdiyi Fidesz Partiyası məğlub olub. Parlamentdə çoxluğu Tisza Partiyası qazanıb və partiyanın lideri Peter Macar hökumətə başçılıq edib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031