6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Lukaşenko məhsul yığımı dövrü üçün “səma dəftərxanasından” quru hava istəyəcəyini açıqlayıb

08-iyul-2026, 16:07
Lukaşenko məhsul yığımı dövrü üçün “səma dəftərxanasından” quru hava istəyəcəyini açıqlayıb
Yazı Ölçüsü:

Belarus Prezidenti Aleksandr Lukaşenko məhsul yığımı mövsümündə quru hava olması üçün “səma dəftərxanasına” müraciət edəcəyini bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə "BELTA" məlumat yayıb.

“‘Səma dəftərxanasından’ quru hava istəyəcəyəm. Çünki artıq məhsul yığımına başlamışıq. Arpanın biçininə start vermişik və görünür ki, payızlıq arpanın məhsulu pis deyil. Uğrunda mübarizə apardığımız nəticəni əldə etmişik”, – deyə dövlət başçısı regionlar üzrə köməkçilərinin və rayon icra komitələrinin sədrlərinin təyinatı mərasimində bildirib.

Lukaşenko qeyd edib ki, bu il tarlalarda məhsul yaxşıdır və onu itkisiz toplamaq üçün bütün səylər göstərilməlidir.

“Əsas məsələ kombaynların və taxıl qəbul xətlərinin tam saz vəziyyətdə olmasıdır. Özünüz də görürsünüz ki, yağışlar yağır. İnşallah, dayanar. Amma sabah-birisigün şimal-qərbdən bizə yaxınlaşan siklon hələ bizi kifayət qədər sınağa çəkəcək. Bunu kosmosdan çəkilmiş görüntülərə baxaraq görmüşəm. Buna görə də biz bu vəziyyətin öhdəsindən gəlməliyik”, – deyə o əlavə edib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031