6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

İraqın 10 vilayətində Xameneinin vida mərasimləri ilə əlaqədar dövlət müəssisələrinin fəaliyyəti dayandırılıb

06-iyul-2026, 01:16
İraqın 10 vilayətində Xameneinin vida mərasimləri ilə əlaqədar dövlət müəssisələrinin fəaliyyəti dayandırılıb
Yazı Ölçüsü:

İraqda 10 vilayət İranın həlak olmuş ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimləri ilə əlaqədar dövlət müəssisələrinin fəaliyyətini dayandırdı.

"PostMedia"nın "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, mərasimlər Nəcəf və Kərbəla vilayətlərində keçiriləcək.

Məlumata əsasən, dövlət idarələrinin bağlandığı vilayətlər bunlardır: Bağdad, Nəcəf, Kərbəla, Babil, Zi Qar, Bəsrə, Meysan, Vasit, Müsənna və Divaniyyə.

Kərbəla Vilayət Şurasının sədri Qasim Əli əl-Yəsari bildirib ki, bölgədə mərasimin keçirilməsi üçün bütün zəruri hazırlıqlar başa çatdırılıb.

“Vilayət İranın şəhid olmuş lideri Ayətullah Xameneinin müqəddəs cənazəsini qəbul etməyə tam hazırdır”, – deyə o bildirib.

Bundan əvvəl Nəcəfdə Mərasimlər və Kütləvi Ziyarətlər İdarəsinin direktoru Heydər Kabun tədbirlərdə iştirak etmək üçün 60-dan çox dini qrupun qeydiyyatdan keçdiyini açıqlamışdı.

Bundan əlavə, İraqın müxtəlif qəbilələri və dini icmaları təşkilat komitəsinin açıqlamasına əsasən, çərşənbə günü müqəddəs Nəcəf və Kərbəla şəhərlərində keçiriləcək mərasimdə kütləvi iştirak etməyə çağırış ediblər.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031