6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Pentaqon "Alibaba", "Baidu" və BYD-ni Çin ordusu ilə əlaqəli şirkətlərin qara siyahısına daxil edib

08-iyun-2026
Pentaqon "Alibaba", "Baidu" və BYD-ni Çin ordusu ilə əlaqəli şirkətlərin qara siyahısına daxil edib
Yazı Ölçüsü:

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) "Alibaba Group Holding Ltd.", "BYD Co." və "Baidu Inc." korporasiyalarını Çin Xalq Azadlıq Ordusuna dəstək göstərən şirkətlər siyahısına daxil edib.

"PostMedia" xəbər verir ki, müvafiq sənəd ABŞ Federal Reyestrində rəsmi olaraq dərc olunaraq nazirliyin mövcud siyahısını yeniləyib.

Bu açıqlamadan sonra "Alibaba Group"un səhmləri 0,5%, avtomobil nəhəngi BYD-nin qiymətli kağızları da 0,5% ucuzlaşıb, "Baidu"nun səhmləri isə 2,3% dəyər itirib. Elektrikli avtomobil istehsalçısı NIO şirkətinin səhmləri ticarətin əvvəlində 2%-dən çox yüksəlsə də, xəbərin yayılmasından sonra əldə etdiyi üstünlüyün bir hissəsini itirib.

ABŞ Müdafiə Nazirliyinin bu qara siyahısına artıq "Huawei, Tencent", DJI, "TP-Link", "Unitree, "Hikvision", CATL, "WuXi AppTec", "China Mobile", "China Telecom", "China Unicom", "COSCO Shipping", "China State Shipbuilding", "Norinco", "CNOOC" və "China Three Gorges kimi iri Çin şirkətləri də daxildir.

ABŞ hərbi qurumu qərarını bu şirkətlərin Çin dövlət qurumları ilə birbaşa və ya dolayı əlaqələrinin olması ilə əsaslandırıb. Bunlar arasında Dövlət Əmlakına Nəzarət və İdarəetmə Komitəsi (SASAC), Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi, Müdafiə Elmi, Texnikası və Sənayesi Dövlət İdarəsi (SASTIND), Çin ordusu, Xalq Silahlı Polisi, eləcə də Çinin təhlükəsizlik və hüquq-mühafizə orqanları göstərilib.

Bundan əlavə, Pentaqon şirkətlərin Çinin “hərbi-mülki inteqrasiya” strategiyası çərçivəsində fəaliyyət göstərdiyini vurğulayıb. Buraya şirkətlərin dövlət tərəfindən verilən “Little Giant” və ya “Single Champion” statuslarına malik olması, xüsusi hərbi-mülki sənaye zonalarında yerləşməsi, hərbi məhsul istehsalı lisenziyalarına sahib olması və ya hərbi planlaşdırma ilə əlaqəli dövlət proqramları çərçivəsində subsidiyalar alması daxildir.

Desteklenmeyen URL formatı: Pentaqon "Alibaba", "Baidu" və BYD-ni Çin ordusu ilə əlaqəli şirkətlərin qara siyahısına daxil edib
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930