Bill Qeyts və keçmiş həyat yoldaşı Melinda Qeyys arasında boşanma prosesi zamanı milyarder 20-dən çox nikahdankənar münasibətdə ittiham olunub.
“PostMedia” “Wall Street Journal”a istinadən xəbər verir ki, bu barədə “Microsoft”un həmtəsisçisi şəxsən “Gates Foundation” əməkdaşları ilə keçirilən qapalı və kifayət qədər gərgin toplantıda danışıb.
Nəşrin mənbələrinin sözlərinə görə, fevral ayında keçirilən görüş zamanı 70 yaşlı Qeyts gərgin və yorğun görünürdü. O, yalnız rus qadınlarla bağlı iki münasibəti rəsmi şəkildə təsdiqləyib. Həmin münasibətlər Cefri Epsteyin işi üzrə yayımlanan sənədlərdə də qeyd olunub.
Bununla yanaşı, Qeyts əməkdaşları şoka salaraq bildirib ki, 2021-ci ildə boşanma prosesi zamanı daha iki onlarla bağlı xəyanət iddiaları da müzakirə olunub.
Bill və Melinda Qeyts 27 il evli olublar. Toplantı zamanı milyarder yenidən ictimai şəkildə üzr istəyib, lakin Epsteyinlə görüşləri zamanı “heç bir qanunsuz addım atmadığını” vurğulayıb.
İttihamların əksəriyyətinin detalları gizli saxlanılsa da, Qeyts iki qadınla münasibətini açıq şəkildə etiraf edib.
Onlardan biri Mila Antonova olub. Geyts onunla 2010-cu ildə tanış olub. Daha sonra Antonova bric məktəbi açmaq üçün sponsor axtararkən Cefri Epstyeinlə əlaqə qurub. Epsteyin onun proqramlaşdırma məktəbində təhsilini maliyyələşdirib və iddialara görə, sonradan bu əlaqədən Qeytsə təzyiq vasitəsi kimi istifadə edib.
Digər qadının adı açıqlanmır. O, sənədlərdə “rus nüvə fizikası üzrə mütəxəssis” kimi qeyd olunub və təxminən iki il Qeytsin “TerraPower” şirkətində çalışıb.
2013-cü ilə aid şəxsi yazışmalarda Epsteyinin Qeytsin münasibətləri barədə məlumat topladığı və onu şantaj etməyə çalışdığı iddia olunur.
Həmin məktublarda Qeytsin keçmiş elmi müşaviri Boris Nikolic barədə də iddialar yer alıb. Guya o, Qeytsə “rus qızlarla münasibətlərin nəticələrini aradan qaldırmaq üçün” reseptlə verilən dərmanların əldə olunmasına kömək edib.
Nikolic bu iddiaları qəti şəkildə təkzib edib. Bill Qeytsin rəsmi nümayəndəsi isə milyarderin cinsi yolla keçən xəstəliklərdən müalicə alması ilə bağlı məlumatları “tamamilə absurd və saxta” adlandırıb.
Toplantının sonunda Qeyts Epsteyinlə Nyu-York, Almaniya, Fransa və Vaşinqtonda görüşdüyünü təsdiqləyib, lakin Karib hövzəsində yerləşən məşhur “Little Saint James” adasına heç vaxt getmədiyini bildirib.