6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Boliviya prezidenti siyasi böhran fonunda maaşını yarıya endirib

25-may-2026, 21:18
Boliviya prezidenti siyasi böhran fonunda maaşını yarıya endirib
Yazı Ölçüsü:

Bolivia Prezidenti Rodriqo Paz özünün və kabinet nazirlərinin maaşını yarıya endirəcəyini açıqlayıb.

"PostMedia" "Reuters"ə istinadən xəbər verir ki, bu qərar artan siyasi böhran fonunda qəbul edilib və böhran istefa tələbləri ilə keçirilən etiraz aksiyaları və yolların bağlanması ilə müşayiət olunu.

Ölkənin konstitusion paytaxtı Sucredə keçirilən tədbirdə çıxış edən Paz bildirib ki, maaşların azaldılması hökumətin ölkəyə sadiqliyini göstərir.

Bu tədbirlər Boliviyada siyasi və sosial gərginliyin dördüncü həftəyə keçdiyi dövrdə həyata keçirilir. Etirazlar artıq La Paz və El Alto şəhərlərində təchizat zəncirində ciddi pozuntulara səbəb olub; bazarlar, xəstəxanalar və yanacaqdoldurma məntəqələri ərzaq, yanacaq və dərman çatışmazlığı ilə üzləşib.

Etirazçılar Pazın mərkəzçi hökumətindən sərt qənaət tədbirlərinin ləğvini və həyat bahalılığı probleminin həllini tələb edirlər.

Keçən ilin noyabrında vəzifəyə başlayan və zəif iqtisadiyyat miras alan Paz, dövlət maliyyəsini sabitləşdirmək üçün xərclərin azaldılmasını və yanacaq subsidiyalarının endirilməsini müdafiə edir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031