6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

CBS İranın ali rəhbərinin xarici dünya ilə məhdud əlaqəsi olduğunu açıqlayıb

25-may-2026, 15:01
CBS İranın ali rəhbərinin xarici dünya ilə məhdud əlaqəsi olduğunu açıqlayıb
Yazı Ölçüsü:

Amerika kəşfiyyatının məlumatlarına görə, İranın ali rəhbəri Müctəba Xamenei faktiki olaraq naməlum bir yerdə gizlənir və xarici dünya ilə çox məhdud əlaqə saxlayır. Onunla yalnız mürəkkəb kuryer zənciri vasitəsilə əlaqə yaratmaq mümkündür.

"PostMedia" xəbər verir ki, bu barədə ABŞ-nin məlumatlı rəsmilərinə istinadən "CBS News" televiziya kanalı məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə əməkdaşlıq etmək səlahiyyəti verilmiş iranlı rəsmilər ölkənin dövlət sistemi daxilində kommunikasiya problemləri ilə üzləşirlər. Rəsmilər qeyd ediblər ki, “İranla mümkün razılaşma və əvvəlki sazişlərin təfərrüatlarının yavaş-yavaş üzə çıxmasının əsas səbəbi də məhz budur”.

Bildirilir ki, hətta İran hökumətinin ən yüksək vəzifəli şəxsləri belə Müctəba Xameneinin harada olduğunu bilmirlər və onunla birbaşa əlaqə yaratmaq imkanına malik deyillər.

“ABŞ təklif olunan şərtlərin təfərrüatlarını təqdim etdikdə, ali rəhbərlə əlaqə qurmağın çətinliyi cavabın alınmasında uzunmüddətli gecikmələrə səbəb olur”, – deyə iki rəsmi televiziya kanalına bildirib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031