6°C Bakı
1$ = 1.70₼
Maraqlı

İsrailin milli təhlükəsizlik nazirinin Polşaya girişi qadağan edildi

21-may-2026, 18:28
İsrailin milli təhlükəsizlik nazirinin Polşaya girişi qadağan edildi
Yazı Ölçüsü:

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Polşaya girişinə qadağa qoyulacaq.

"PostMedia" xəbər verir ki, bunu Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Maçey Vevyur bildirib.

Çərşənbə günü İsrail XİN Qəzza zolağına humanitar yardım aparan “Sumud” donanmasının 430 fəalının saxlanıldığını açıqlamışdı. Onların arasında 4 Polşa vətəndaşı da olub. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə şəxsən Aşdod limanına gedərək saxlanılan fəallarla “görüşüb” və bu barədə sosial şəbəkələrdə video yayıb.

Polşanın xarici işlər naziri Radoslav Sikorski bu hərəkətə görə Ben-Qvirə giriş qadağası tətbiq olunması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031