İtaliya Avropa İttifaqına müraciət edərək İsrailin ifrat sağçı nazirinə qarşı sanksiyalar tətbiq olunmasını xahiş edib.
"PostMedia" "Euronews"a istinadən xəbəbr verir ki, səbəb kimi onun Qəzzaya yola düşən flotiliyanın saxlanılan fəallarının diz çökdürülmüş, əlləri bağlı halda yerə basdırıldığı görüntüləri paylaşdığı video göstərilir.
Xarici işlər naziri Antonio Tajani cümə günü bildirib ki, o, Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiya tətbiq olunmasını tələb edib. Onun sözlərinə görə, bu addım “flotiliyaya qarşı qəbuledilməz davranış, beynəlxalq sularda fəalların saxlanılması, onların təqib və alçaldılması, insan hüquqlarının pozulması” ilə bağlıdır.
İrlandiya və İspaniya da Ben-Qvirə qarşı sanksiyalar çağırışına qoşulub. İtaliya baş naziri Corcia Meloni saxlanılan italyan fəalların dərhal azad edilməsini tələb edib və İsraildən üzr istəməsini istəyib.
“İtaliyanın bir çox vətəndaşının da daxil olduğu bu etirazçıların insan ləyaqətini pozan bu cür rəftara məruz qalması qəbuledilməzdir”, — deyə Meloni bildirib.
Fransa İsrail səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Almaniyanın İsraildəki səfiri də fəallara münasibəti “tamamilə qəbuledilməz” adlandırıb.
İspaniyanın xarici işlər naziri də İsrail səfirinin nazirliyə çağırıldığını açıqlayıb və bu davranışı “dəhşətli, biabırçı və qeyri-insani” adlandırıb.
İsrail baş naziri Benyamin Netanyahu isə saxlanılan fəalların ölkədən deportasiya ediləcəyini bildirib və Ben-Qvirin davranışının İsrail dəyərlərinə uyğun olmadığını qeyd edib.
İsrail 430 pərəstinayönlü fəalın saxlanıldığını, onların Qəzza blokadasını yarmaq məqsədilə hərəkət etdiyini bildirib. Ben-Qvir isə paylaşdığı görüntülərə “terrorçuların şərikləri” ifadəsini əlavə edib.