6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır - "Fox News"

21-may-2026
Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır - "Fox News"
Yazı Ölçüsü:

Amerikalıların 60 faizi hazırda İranla müharibəyə qarşıdır.

"PostMedia" xəbər verir ki, bu göstərici "Fox News" telekanalının keçirdiyi yeni sorğu zamanı ortaya çıxıb.

Bu göstərici ötən ay 55 faiz idi. Sorğuda iştirak edənlərin 91 faizi isə münaqişəni iqtisadi sarsıntıların əsas səbəbi hesab edir.

Respondentlərin dörddə üçündən çoxu iqtisadi vəziyyətin pis olduğunu bildirib. Belə ki, 77 faiz vəziyyəti mənfi qiymətləndirib. Müqayisə üçün, bu göstərici ötən ay 73 faiz, bir il əvvəl isə 71 faiz olub.

İqtisadiyyat sahəsində Donald Trampın fəaliyyətindən narazı olanların sayı da kəskin artıb — bir il əvvəl 56 faiz olan göstərici hazırda 71 faizə çatıb.

Prezidentin ümumi fəaliyyət reytinqi də enməkdə davam edir. Amerikalıların 61 faizi onun işini bəyənmədiyini bildirib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031