Rusiyanın Tomsk vilayətində yerləşən ən azı iki məktəbdə - Moryakovski Zaton kəndində və Kedrovı şəhərində daxili intizam qaydalarına dəyişiklik edilərək xarici dillərdə yazılar olan geyimlərin geyinilməsi qadağan olunub.
"PostMedia" xəbər verir ki, bu barədə “NeMoskva” nəşri müəllim işləyən oxucularından birinə istinadən məlumat yayıb.
Qərarlarda bildirilir ki, bu tədbir “qanunazidd davranışın təbliğinə, radikallaşmaya və asosial ideyalara qarşı mübarizə məqsədilə” tətbiq olunub.
Eyni zamanda, qeydiyyatdan keçmiş brendlər üçün istisna nəzərdə tutulub. Şərtə görə, həmin yazılar qadağan olunmuş məlumat daşımamalı və “ümumbəşəri əxlaqa” zidd olmamalıdır.
Məktəb rəhbərlikləri bu qərarı Tomsk vilayəti Təhsil Departamentinin uşaqlar və gənclər arasında radikallaşma risklərinin qarşısının alınmasının gücləndirilməsinə dair göstərişi ilə əsaslandırırlar.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
