6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Avropa şirkətləri Aİ qaydalarını dolanaraq avtoritar rejimlərə casus texnologiyaları satır

13-may-2026
Avropa şirkətləri Aİ qaydalarını dolanaraq avtoritar rejimlərə casus texnologiyaları satır
Yazı Ölçüsü:

Sergey Lavrov bildirib ki, ABŞ-nin əsas məqsədi qlobal enerji bazarlarında resurs tədarükünün mümkün qədər çox mənbə və marşrutlarına nəzarət etməkdir və bu istəkdən Benyamin Netanyahu fəal şəkildə istifadə edib.

"PostMedia" xəbər verir ki, bu barədə o, "RT-India"ya müsahibəsində deyib:

“O, haradasa etiraf edib ki, onilliklər boyu Vaşinqtonun nəhayət İrana hücum etmək, onu darmadağın və məhv etmək qərarına gələcəyini gözləyib. Amma nəticədə, əlbəttə ki, istehlakçılar zərər görür”.

Onun sözlərinə görə, Qərbin illərlə təşviq etdiyi qloballaşma prinsiplərindən biri pozulub.

“Bu prinsip enerji istehsalçıları ilə istehlakçılar arasında dialoqa aid idi. Belə dialoq G20 çərçivəsində də inkişaf edirdi. OPEC+ fəaliyyətində həmişə alıcıların maraqlarını nəzərə alıb. Onlarla da daimi və etibarlı dialoq qurulmuşdu. İndi isə bütün bunlar yalnız kiminsə həmin bazarları təkbaşına idarə etməsi üçün dağıdılır. Hər halda, Trampın indiki administrasiyası bu barədə açıq danışır. Bütün ölkələr özləri üçün uyğun nəticələr çıxarmalıdır”.

Lavrov əlavə edib ki, münaqişə indi dayandırılsa belə, 2026-cı ilin sonuna qədər əvvəlki vəziyyəti bərpa etmək çətin olacaq.

“Əgər bu qarşıdurma daha bir neçə həftə, xüsusilə də aylarla davam etsə, böhrandan çıxış üfüqü daha da uzaqlaşacaq”, - deyə o bildirib.

Rusiya XİN rəhbəri həmçinin BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində Hörmüz boğazı ətrafındakı vəziyyətin müzakirəsinə toxunub:

“Amerikalılar deyirlər ki, İranı qınamaq lazımdır. Biz isə deyirik ki, İran nəyəsə cavab verir axı. Gəlin səbəbi qeyd edək - bu, İrana qarşı səbəbsiz aqressiya idi. Amma yox”.

Lavrovun sözlərinə görə, ABŞ bəzi ərəb ölkələrini “bunların iki fərqli müharibə olduğu” məntiqi ilə inandırmağa çalışır.

“Yəni ABŞ və İsrailə qarşı müharibə İranın ‘ədalətli müharibəsidir’, çünki guya onlar nüvə bombasını məhv edirlər. Halbuki həmin bomba, birincisi, mövcud deyil, ikincisi isə hələ 2025-ci ilin iyununda prezident Donald Tramp artıq bəyan etmişdi ki, İranın bütün nüvə ehtiyatları məhv edilib. Amma buna baxmayaraq, indi onlar həmin nüvə problemini ikinci dəfə "məhv edirlər".

‘İkinci müharibə’ isə guya İranın bir səhər oyanıb sadəcə Hormuz boğazını bağlamasından ibarətdir”, — deyə Lavrov vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031