6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Makron "Ağ Ev"də Britaniya kralının zarafatına istehza ilə cavab verib

30-aprel-2026, 04:38
Makron "Ağ Ev"də Britaniya kralının zarafatına istehza ilə cavab verib
Yazı Ölçüsü:

Fransa Prezidenti Emmanuel Makron Britaniya Kralı III Çarlz və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə "Ağ Ev"də keçirilən dövlət ziyafətində səslənən zarafata ironik cavab verib.

"PostMedia" xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.

Şam yeməyi zamanı Britaniya monarxı çıxışında Trampın sözlərinə istinad edərək bildirib ki, “əgər Böyük Britaniya olmasaydı, amerikalılar çox güman ki, fransızca danışardı”.

Buna cavab olaraq Makron qısa şəkildə yazıb: “Bu, möhtəşəm olardı”.

Daha əvvəl Tramp da tarixi bir qeyd edərək bildirmişdi ki, ABŞ İkinci Dünya müharibəsinə qoşulmasaydı, Avropa “alman dilində, bəlkə də bir az da yaponca” danışa bilərdi.

III Çarlzın ABŞ səfəri iki ölkə arasında müttəfiqlik münasibətlərinin gücləndirilməsinə və ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunub.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31