6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Anam Kral Çarlza aşiq idi - Tramp

28-aprel-2026, 23:56
Anam Kral Çarlza aşiq idi - Tramp
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya kralı Çarlz və kraliça Kamillanın “Ağ Ev”ə səfəri zamanı çıxışında II Elizabeti xatırlayaraq bildirib ki, onu daha yaxından tanımaq şansı olub.

PostMedia” bu barədə “NBC News”a istinadən xəbər verir.

“Bu gün biz bu əsrlik əlaqənin canlı simvolunu sol tərəfdə, cəmi bir neçə addım uzaqlıqda görürük”, – deyə o bildirib. Tramp bununla mərhum kraliçanın 1991-ci ildə Ağ Evin ərazisində əkdiyi ağacı nəzərdə tutub.

“II Elizabet çox, çox xüsusi qadın idi. Onu Atlantik okeanının hər iki sahilində çox darıxırlar. O, uzun illər əvvəl balaca bir ağac əkmişdi, ağac çox gənc və gözəl idi. İndi isə ona baxın”, – deyə ABŞ prezidenti qeyd edib.

Tramp həmçinin Şotlandiyada doğulan anasının Britaniya kral ailəsini və II Elizabeti çox sevdiyini xatırlayıb.

“Kraliça hər hansı mərasimdə iştirak edəndə anam televizordan gözünü çəkmirdi və deyirdi: ‘Bax, Donald. Bax gör nə qədər gözəldir’”, – deyə o bildirib.

Tramp əlavə edib ki, anası “gənc Çarlzın çox yaraşıqlı olduğunu” deyirdi.

“Anam Çarlza vurğun idi, buna inana bilərsiniz? Maraqlıdır görəsən indi nə düşünür”, – deyə Tramp zarafat edib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31