Uri Qeller ABŞ Prezidenti Donald Trumpa müraciət edərək teleportasiyanın real olduğunu iddia edib.
"PostMedia"nın məlumatına görə, qaşıqları “baxışı ilə əyməsi” ilə tanınan israilli illüzionist bu açıqlamanı ABŞ kəşfiyyatına bağlı yüksəkvəzifəli şəxsin “uzaq məsafəyə köçürülməsi” barədə danışmasından dərhal sonra deyib.
79 yaşlı Geller FEMA rəsmisi Corc Filipsi müdafiə edib. Phillips bildirib ki, o, öz iradəsi xaricində müxtəlif məkanlara “teleportasiya olunub”.
Onun sözlərinə görə, hadisələrdən birində maşını sanki havaya qaldırılıb və təxminən 40 mil uzaqlıqdakı bir arxa atılıb. Daha qəribə hadisə isə özünü birdən-birə "Waffle" House restoranının qarşısında tapması olub.
Phillips podkast çıxışında deyib: “Dostlarla birlikdə idim və birdən təxminən 50 mil uzaqlıqdakı "Waffle House"da peyda oldum. Hamı dedi ki, bu mümkün deyil. Amma bu real idi.”
Məlumatlara görə, bu açıqlamalardan sonra "Ağ Ev" vəziyyətdən uzaq durmağa çalışıb.
Donald Tramp isə məsələ ilə bağlı “Teleportasiya nə deməkdir? O zarafat edirdi? Mən bu barədə heç nə bilmirəm” deyərək mövzunun qəribə səsləndiyini bildirib.
Uri Geller iddia edib ki, 1970-ci illərdə ABŞ xüsusi xidmət orqanları tərəfindən araşdırıldığı dövrdə oxşar hadisə yaşayıb.
Onun sözlərinə görə, Manhettendə gəzərkən “görünməz qüvvə” onu havaya qaldırıb və anidən kilometrlərlə uzağa aparıb. Daha sonra özünü CIA ilə əməkdaşlıq edən tədqiqatçı Andrija Puharichin evində gördüyünü bildirib.
Geller hesab edir ki, belə hadisələr kainatın “əsl təbiəti” ilə bağlı ola bilər və hətta bəzi UFO sirrlərini izah edə bilər.
“Prezident Tramp, onun dediklərinə diqqətlə qulaq asın. Bunu gözardı etməyin. Araşdırın”, – deyə Uri Geller çağırış edib.