6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Avstraliyalı milyarder dünyanın ən sürətli avtomobilini aldı, amma sürməyə yol tapmır

27-aprel-2026
Avstraliyalı milyarder dünyanın ən sürətli avtomobilini aldı, amma sürməyə yol tapmır
Yazı Ölçüsü:

Nik Politis dünyanın ən sürətli seriyalı avtomobili hesab olunan "Yangwang U9 Xtreme" modelini sifariş edib. Lakin o, bu hiperkarı ictimai yollarda idarə edə bilməyəcək.

"PostMedia" xəbər veirr ki, avtomobilin qiymətinin 1 milyon dollardan çox olduğu bildirilir, amma dəqiq rəqəm açıqlanmır. Təxminən 2,5 milyard dollar sərvəti olan Politis üçün bu alış daha çox status göstəricisi sayılır.

Rekordçu elektromobil 496,22 km/saat maksimal sürətə çataraq "Bugatti Chiron" modelini geridə qoyub və tarixdə ən sürətli seriyalı avtomobilə çevrilib. Bu nəticə Almaniyada yerləşən test trekində qeydə alınıb.

Bundan əlavə, avtomobil Nürburqrinq trasında 7 dəqiqədən az dövrə nəticəsi göstərərək “Şimal halqası”nda ən sürətli elektrik hiperkar statusunu qazanıb.

Modeldən ümumilikdə cəmi 30 ədəd istehsal ediləcək və hər bazar üçün yalnız bir avtomobil ayrılacaq. BYD tərəfindən yaradılan "Yangwang" brendinə aid bu model dörd elektrik mühərriki ilə 2200 kVt-dan çox güc hasil edir.

80 kVt/saat batareya təxminən 400 km yürüş məsafəsi təmin edir, lakin yüksək sürətlərdə bu göstərici xeyli azalır. Avtomobilin texnoloji xüsusiyyətləri arasında aktiv asqı sistemi də var – bu sistem maşının qısa müddətli “tullanma” hərəkəti etməsinə imkan verir.

Politis sifarişi Pekində keçirilən avtosalonda rəsmiləşdirib və avtomobili qırmızı-qara rəng kombinasiyasında seçib.

İstehsalçının planına görə, hiperkar Avstraliyaya 2027-ci ilin ortalarınadək çatdırılacaq.

Milyarder özü də etiraf edir ki, bu avtomobildən gündəlik istifadə etməyi planlaşdırmır. O, əsasən avtomobili öz BYD diler mərkəzlərində sərgiləmək niyyətindədir.

“Bu, əla marketinq hekayəsidir. İnsanlar dünyanın ən sürətli avtomobilini görəcək və bu, brendə marağı artıracaq”, – deyə Politis bildirib.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930