6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Londonda 440 metrlik tiramisu hazırlanıb

27-aprel-2026
Londonda 440 metrlik tiramisu hazırlanıb
Yazı Ölçüsü:

Londonda keçirilən qeyri-adi kulinariya tədbirində 100 italiyalı aşpaz bir araya gələrək rekord qıran nəhəng tiramisu hazırlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hadisə Londonun Çelsi bələdiyyəsində baş tutub. Aşpazlar əvvəlki rekordu – Milanda Qalbani tərəfindən müəyyən edilmiş 273,5 metrlik nəticəni geridə qoyublar.

"Ginness Dünya Rekordu"nun qaydalarına əsasən, rekord tiramisu yerində və real vaxtda hazırlanmalı idi. Bu nəhəng desert üçün 50 min savoyardi biskviti və 3000-dən çox yumurta istifadə olunub.

Nəticədə tiramisunun uzunluğu 440,6 metrə çatıb və bu göstərici yeni dünya rekordu kimi rəsmiləşdirilib. Ginness nümayəndələri növbəti gün bu nailiyyəti təsdiqləyiblər.

Layihənin təşəbbüskarı Mirko Riççi bu rekordu daha əvvəl – 2017-ci ildə İtaliyada əldə etmişdi, lakin sonradan başqa komanda tərəfindən nəticə yenilənmişdi. Bu dəfə isə o, titulunu yenidən geri qaytarıb.

Riççi tiramisunu “İtaliyanın dünyaya bəxş etdiyi ən möhtəşəm desert” adlandırıb və tədbirin məhz Böyük Britaniyada keçirilməsinin bu ölkəyə təşəkkür jesti olduğunu bildirib.

Onun sözlərinə görə, desert həm də krala və Britaniya kral ailəsinə həsr olunub – tiramisunun üst hissəsi qızılı tacla bəzədilib.

Aşpaz Karmelo Karnevale qeyd edib ki, rekord üçün desert ən azı 8 sm hündürlükdə və 15 sm enində olmalıdır. O, ideal tiramisunun sirrini isə belə izah edib: “Yaxşı qəhvə, sıx krem və çoxlu sevgi.”

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930