6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

"Poker kralı" Den Bilzerian Konqres seçkilərinə namizədliyini irəli sürür, İsrail onu “bir nömrəli antisemit” adlandırıb

23-aprel-2026
"Poker kralı" Den Bilzerian Konqres seçkilərinə namizədliyini irəli sürür, İsrail onu “bir nömrəli antisemit” adlandırıb
Yazı Ölçüsü:

Skandal reputasiyası ilə tanınan “Poker kralı” Den Bilzerian Florida ştatının 6-cı seçki dairəsindən ABŞ Konqresinə namizədliyini irəli sürür.

"PostMedia" xaici KİV-lərə istinadən xəbər verir ki, influenser, İsrailə qarşı sərt mövqeyi ilə tanınır və hazırkı konqresmen Rendi Faynə qarşı sənədlər təqdim edərək onu “çox yəhudi” ifadəsi ilə tənqid edib.

Tampa şəhərində yaşayan Bilzerian Federal Seçki Komissiyasında (FEC) rəsmi hesab açaraq seçki kampaniyasını şəxsən maliyyələşdirmə niyyətində olduğunu göstərib. Fayn keçən ilki növbədənkənar seçkilərdə mandat qazanmışdı. Bilzerian onu İsrailə dəstək verməkdə və İrana qarşı hərbi əməliyyatları müdafiə etməkdə tənqid edib.

Sosial şəbəkə "X"də yazdığı paylaşımında o bildirib:
“Biz başa düşdük, sən yəhudisən və öz xalqını qorumaq adı ilə Amerikanın məhvini dəstəkləyirsən”. O həmçinin Faynın vəzifədən uzaqlaşdırılması və “dövlətə xəyanət”lə bağlı qanunların hazırlanmasını istədiyini bildirib.

Mübahisəli açıqlamalar və ittihamlar

Bilzerian daha əvvəl də sərt və qalmaqallı fikirləri ilə gündəmə gəlib. O, Faynı “çox yəhudi” adlandıraraq onun ABŞ hökumətində yerinin olmadığını iddia edib.

Eyni zamanda, o, Faynı müsəlmanlara qarşı qərəzli çıxışlarda ittiham edib və İsraili ABŞ-dən üstün tutan siyasət yeritdiyini bildirib.

Buna baxmayaraq, Bilzerian Respublikaçılar Partiyasının ilkin seçkilərində iştirak etsə də, ABŞ Prezidenti Donald Trampın dəstəyini axtarmadığını bildirir.

Tramp və siyasətə münasibəti

Bilzerian əvvəllər Trampın impiçmenti ilə bağlı çağırışlar edərək ABŞ Konstitusiyasının 25-ci düzəlişinin tətbiqini dəstəkləmişdi.

Şəxsi həyat və reputasiya

Onun şəxsi həyatı da tez-tez qalmaqallarla gündəmə gəlib. Keçmişdə narkotik istifadəsi, sağlamlıq problemləri və ictimai qalmaqallarda iştirakı ilə tanınıb. Sosial şəbəkələrdə isə təxminən 30 milyon izləyicisi var.

İsrail rəsmilərinin qiymətləndirməsi

İsrailin Diaspora İşləri və antisemitizmlə mübarizə nazirliyi 2025-ci ilin ən təsirli antisemit fiqurlar siyahısında onu birinci yerə yerləşdirib.

Bilzerian isə özünü antisemit hesab etmir və bu terminin düzgün olmadığını iddia edir. O, əvvəlki illərdə 11 sentyabr hadisələri və Con F. Kennedinin öldürülməsi ilə bağlı müxtəlif konspirasiya nəzəriyyələrini də paylaşmışdı.

Bütün bunlara baxmayaraq, o, Konqresə namizədliyini “seçilmiş məmurların hazırkı iş tərzinə qarşı çıxmaq” üçün irəli sürdüyünü bildirib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930