6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Robert Koçaryan özündən sonrakı şəxs üçün peşmandır

23-aprel-2026
Robert Koçaryan özündən sonrakı şəxs üçün peşmandır
Yazı Ölçüsü:

Ermənistanın ikinci prezidenti, baş nazirliyə namizəd Robert Koçaryan RTVI beynəlxalq telekanalının “Xüsusi müsahibə” proqramında ona ən çox nəyə görə peşman olduğunu bölüşüb.

"PostMedia" xəbər verir ki, geniş müsahibənin yekun hissəsində keçmiş prezidentə belə sual verilib: “Geriyə baxanda ən çox nəyə görə peşmansınız?”

“Yəqin ki, bu ən çətin sualdır. Bilirsiniz, mənim xarakterimdə keçmişi çox qazmaq vərdişi yoxdur... Çünki orada ilişib qalırsan... Təbii ki, təcrübən və yeni biliklərinlə anlayırsan ki, bəzi şeyləri başqa cür etmək olardı, belə hallar çoxdur”, – Koçaryan cavab verib.

Ondan ən vacib məqamı deməsi istənilib: “Sizcə səhv etdiyiniz və peşman olduğunuz hansı məqam var? Yəqin ki, belə şeylər var, bölüşün, maraqlıdır. Ən çox nəyə görə peşmansınız?” sualına keçmiş prezident belə cavab verib:

“Bəlkə də məndən sonra gələn şəxs məsələsi.”

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031