6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

40 milyon dollarlıq fond “ölümü aradan qaldırmaq” istəyir - Milyarderlər və alimlər ölümsüzlük uğrunda yarışı gücləndirir

21-aprel-2026
40 milyon dollarlıq fond “ölümü aradan qaldırmaq” istəyir - Milyarderlər və alimlər ölümsüzlük uğrunda yarışı gücləndirir
Yazı Ölçüsü:

İnsanların ölümdən yayınmaq arzusu əsrlərdir ədəbiyyat və mədəniyyətdə mövcuddur.

"PostMedia" xəbər verir ki, "Dorion Qreyin portreti" əsərindən tutmuş Harri Potter və Filosofun daşı" kitabına qədər bu mövzuda danışılıb.

Lakin son illərdə həyatın uzadılması istiqamətində axtarışlar artıq mifdən çıxaraq real elmi sahəyə çevrilib. Bu sahəyə Peter Zayel, Ceff Bezos və Sam Altman kimi tanınmış fiqurlar tərəfindən ümumilikdə 5 milyard dollardan çox investisiya yatırılıb.

Bu ultra-varlı investorlar əsasən qocalmanın molekulyar səviyyədə qarşısını almağa yönəliblər. Digər layihələr isə Parkinson xəstəliyi kimi yaşa bağlı xəstəliklərin müalicəsinə fokuslanır.

Bu təşəbbüslər arasında Sinqapurda fəaliyyət göstərən "Ölümsüz Əjdahalar" (Immortal Dragons) adlı uzunömürlülük fondu xüsusi diqqət çəkir. Fond həyatın radikal şəkildə uzadılması ideyasını təşviq edir və hətta “ölümü seçimə çevirmək” şüarını irəli sürür.

Fondun icraçı direktoru 34 yaşlı Boyan Van uzun illərdir uzunömürlülük mövzusu ilə maraqlanır. O, ağır allergik reaksiyadan – anafilaktik şokdan sonra profilaktik tibblə maraqlanmağa başlayıb. Bu təcrübə onda xəstəliklərin əvvəlcədən qarşısının alına biləcəyi bir dünya təsəvvürü formalaşdırıb. 2023-cü ilin dekabrında o, ailə və dostlardan cəlb olunan 4 milyon dollar və öz vəsaiti hesabına 36 milyon dollar yatıraraq fondu yaradıb.

Fond yüksək riskli, lakin potensial olaraq inqilabi nəticələr vəd edən layihələrə – “moonshot” təşəbbüslərinə dəstək verir. Bu layihələrdən biri Frontier Bio şirkətidir ki, orqanların 3D bioprintinq texnologiyaları üzərində işləyir. Bu texnologiya gələcəkdə donor orqanlara ehtiyacı azaltmaq və transplantasiya növbələrini qısaltmaq potensialına malikdir.

Digər bir layihə isə tam inkişaf etmiş sinir sistemi olmayan məməlilərin yaradılmasını araşdırır. Məqsəd onları tibbi tədqiqatlar üçün daha etik model kimi istifadə etməkdir. Bundan başqa, fond "Unlimited Bio" layihəsini də maliyyələşdirir. Bu təşəbbüs gen terapiyası vasitəsilə yaşla bağlı əzələ zəifləməsini azaltmağa çalışır.

Araşdırmalarda Alzeymer xəstəliyi və Parkinson kimi neyrodegenerativ xəstəliklərə xüsusi diqqət ayrılır. Stenford Universitetinin tədqiqatçısı Endi Tsay yüz yaşdan yuxarı insanların genetik xüsusiyyətlərini öyrənərək bu mexanizmləri digər insanlarda tətbiq etməyə çalışır.

Bununla belə, “uzunömürlülük” anlayışı elmi dairələrdə hələ də mübahisəlidir. Bəzi alimlər bunu maksimum ömür müddətinin artırılması kimi görür, digərləri isə sağlam həyat müddətinin uzadılmasını daha vacib hesab edir.

Tənqidçilər isə bildirir ki, bu cür təşəbbüslər qlobal problemlər – səhiyyə xərcləri, yoxsulluq və yaşlanan əhali fonunda daha çox varlıların şəxsi maraqlarına xidmət edir. ABŞ-də artıq yaşlıların qayğısına yönələn xərclər çox yüksəkdir və sosial sistem ciddi təzyiq altındadır.

Layihənin tərəfdarları isə əksini düşünür. Onların fikrincə, sağlam həyat müddətinin uzadılması həm səhiyyə sisteminin yükünü azalda, həm də insanların daha keyfiyyətli həyat sürməsinə imkan verə bilər. Məqsəd sadəcə daha uzun yaşamaq deyil, mümkün qədər uzun müddət sağlam qalmaqdır.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930