6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Bütöv bir kənd 40 milyon manata satışa çıxarılıb

21-aprel-2026
Bütöv bir kənd 40 milyon manata satışa çıxarılıb
Yazı Ölçüsü:

İrlandiyanın Kildare qraflığında yerləşən “Village at Lyons” adlı bütöv kənd satışa çıxarılıb.

"PostMedia" xəbər verir ki, təxminən 20 milyon avro (təxminən 40 milyon manat) qarşılığında alıcı Dublinin yaxınlığında yerləşən bu tarixi kompleksi əldə edə bilər.

Satışa çıxarılan əraziyə daş evlər, pab, kilsə, su dəyirmanı və kanal ərazisi daxildir. Kompleks uzun illər əvvəl tənəzzülə uğramışdı, lakin 1990-cı illərdə Toni Ryan tərəfindən aparılan bərpa işləri ilə yenidən dirçəldilib və tarixi görünüşü qorunub saxlanılıb.

Daha sonra, 2016-cı ildən etibarən əmlak investor Berri O Kallaqan tərəfindən satın alınıb və burada lüks “Cliff at Lyons” oteli fəaliyyətə başlayıb.

Hazırda kənd yalnız daşınmaz əmlak kimi deyil, eyni zamanda hazır turizm və otel biznesi layihəsi kimi təqdim olunur. Yeni sahib ərazini həm şəxsi rezidensiya, həm də hotellə inteqrasiya olunmuş kompleks kimi istifadə edə bilər.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930