6°C Bakı
1$ = 1.70₼
Maraqlı

Viktoriya Bekhem bütün döymələrini sildirib

10-aprel-2026
Viktoriya Bekhem bütün döymələrini sildirib
Yazı Ölçüsü:

Viktoriya Bekhem bütün döymələrindən, o cümlədən həyat yoldaşına həsr olunmuş döymələrdən tamamilə imtina edib və onları silib.

"PostMedia" xəbər verir ki, bu barədə onun oğlu Kruz Bekhem məlumat verib. O bildirib ki, anası artıq bədənində olan bütün döymələri, o cümlədən ailə və əri Devid Bekhem ilə bağlı olanları da silib.

Məlumata görə, Viktoriya Bekhemin əvvəllər bədənində təxminən altı döymə olub. Onların arasında ibranicə yazı, həmçinin həyat yoldaşının adının baş hərfləri “DB” yer alırdı.

O, həmçinin evliliklərinin 10-cu ildönümü münasibətilə ibranicə “Birlikdə, əbədi, əbədi” mənasını verən yazı da daşıyırdı.

Bundan əlavə, onun üzərində Roma rəqəmləri ilə 8 may 2006-cı il tarixini göstərən qeyd və “De Integro” (“yenidən başlamaq”) ifadəsi də olub.

Viktoriya Bekhemin aşağı bel hissəsində ailə üzvlərini simvolizə edən beş ulduz da yer alırdı: özü, Devid Bekhem və üç oğlu — Kruz, Romeo və Bruklin.

Məlum deyil ki, sonradan qızı Harper Bekhem doğulduqdan sonra yeni ulduz əlavə olunub, ya yox.

Onun ibranicə böyük yazısı da “Mən sevdiyimə məxsusam, sevdiyim də mənə məxsusdur” mənasını daşıyırdı. Bu eyni ifadə Devid Bekhemin də bədənində döymə kimi mövcuddur.

Müəllif
Arifə
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031