6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Vens İran danışıqlarında ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək

08-aprel-2026, 23:41
Vens İran danışıqlarında ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək
Yazı Ölçüsü:

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, prezidentin xüsusi elçisi Stiv Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Carid Kuşner bu həftəsonu İran nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün İslamabada səfər edəcəklər.

"PostMedia" xəbər verir ki, u barədə Ağ Evin mətbuat katibi Karoline Leavitt brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp danışıqlar qrupu olaraq vitse-prezident Vensin rəhbərlik etdiyi nümayəndə heyətini İslamabada göndərir.

“Prezidentin tapşırığı ilə vitse-prezident Ceyms Devid Vens, xüsusi elçi Uitkoff və cənab Kuşnerdən ibarət danışıqlar qrupu bu həftəsonu İslamabada yola düşəcək. Danışıqların ilk mərhələsi şənbə günü səhər yerli vaxtla keçiriləcək. Bu şəxsi görüşləri səbirsizliklə gözləyirik”, – deyə Leavitt bildirib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930