Düenyanın ən hündür binalarınına dları açıqlanıb.
"PostMedia" xəbər verir ki, bu barədə "skyscrapercenter.com" nəşri məlumat yayıb.
"Bürc Xəlifə" 2010-cu ildən bəri dünyanın ən hündür binası titulunu qoruyur və hələ də böyük fərqlə liderdir. 828 metr hündürlüyə malik bu qüllə Kuala Lumpurdakı 118 metrlik "Merdeka" adlı ikinci yerdə olan binadan təxminən 150 metr daha hündürdür və bu da onun, yeni superhündür göydələnlərin yaranmasına baxmayaraq, açıq üstünlüyünü göstərir.
"Bürc Xəlifə" Yaxın Şərqin yeganə nəhəngi deyil. Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərində yerləşən "Makkah Royal Clock Tower" (Məkkə Kral Saat Qülləsi) 601 metr hündürlüyə çatır və dünyada dördüncü yeri tutur.
Bundan əlavə, Səudiyyə Ərəbistanı "Bürc Xəlifə"Nİ birinci yerdən salmağı planlaşdırır. 2013-cü ildən bəri Ciddə liman şəhərində "Jeddah Tower"in (Ciddə Qülləsi) tikintisi davam edir. Onun 2028-ci ilin əvvəlində açılması planlaşdırılır. Tamamlandıqdan sonra təxminən 1 kilometr hündürlüyü ilə dünyanın ən hündür binası olacaq.
Asiya onilliklərdir ki, göydələnlər yarışında liderdir. Dönüş nöqtəsi 1998-ci ildə, Kuala Lumpurda yerləşən "Petronas Twin Towers" (Petronas Ekiz Qüllələr) (452 metr) Çikaqodakı "Willis Tower"ni keçərək ən hündür bina titulunu Asiyaya gətirdiyi zaman oldu.
O vaxtdan bəri Malayziyada daha hündür binalar tikilib və bu yarışa Cənubi Koreya, Tayvan və Vyetnam da qoşulub. Lakin heç biri Çinlə müqayisə oluna bilməz — hazırda Çin, növbəti on bir ölkənin birlikdə sahib olduğu göydələn sayından daha çoxuna malikdir. Honkonqdakı "International Commerce Centre" (Berynəlxalq Kommersiya Mərkəzi) (484 metr) daxil olmaqla, ilk iyirmi ən hündür binanın demək olar ki, yarısı Çində yerləşir.
2015-ci ildə tamamlanan "Shanghai Tower" (Şanxay Qülləsi) (632 metr) Çinin ən hündür binası və dünyanın üçüncü ən hündür tikilisidir. 2021-ci ildən etibarən burada dünyanın ən hündür lüks oteli — "J Hotel Shanghai Tower" fəaliyyət göstərir.
Dünyanın ən hündür 20 binasından yalnız üçü Asiyadan kənardadır — ikisi Nyu-Yorkda, biri isə Sankt-Peterburqdadır.
Onlardan biri, “Azadlıq qülləsi” kimi tanınan "One World Trade Center" (Bir Dünya Ticarət Mərkəzi), 2001-ci il 11 sentyabr hadisələri ilə əlaqədar olaraq məşhurdur. Onun hündürlüyü 1776 fut (541 metr) təşkil edir (ABŞ-nin Müstəqillik Bəyannaməsinin qəbul edildiyi ilə simvolik istinad) və Qərb yarımkürəsinin ən hündür binasıdır. Nyu-Yorkda həmçinin "Central Park Tower" (Mərkəzi Park Qülləsİ) yerləşir ki, bu da dünyanın ən hündür yaşayış göydələnidir (472 metr).
Öz növbəsində, Sankt-Peterburqdakı "Lakhta Center" (462 metr) Avropanın ən hündür binası olaraq qalır.