6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Zaur Hüseynovun sabiq kadrı işdən çıxmaq üçün 200 min manat kompensasiya alıb? - AÇIQLAMA

01-aprel-2026
Zaur Hüseynovun sabiq kadrı işdən çıxmaq üçün 200 min manat kompensasiya alıb? - AÇIQLAMA
Yazı Ölçüsü:
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş aparat rəhbəri Tərlan Dadaşov sözügedən qurumdan 200 000 manat kompensasiya alıb.
"PostMedia" Tiraj.az-a istinadən xəbər verir ki, kompensasiya ona işdən çıxarıldığına görə verilib.
Məlumatı dəqiqləşdirmək üçün əməkdaşımız “Bakı Metropoliteni” QSC ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, Tərlan Dadaşovun 200 000 manat kompensasiya alması barədə məlumat həqiqəti əks etdirmir:
“Adıçəkilən şəxsə ödənilmiş vəsait Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq hesablanmış son haqq-hesab çərçivəsində həyata keçirilmişdir. Bu ödənişə istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər daxildir”, - deyə QSC-dən verilmədən açıqlamada bildirilib.
Həmçinin qeyd edilib ki. əmək münasibətləri çərçivəsində aparılan əməkhaqqı və digər maliyyə hesablamaları fərdi xarakter daşıyır və konfidensial məlumat hesab olunur. “Bu səbəbdən konkret məbləğlərin ictimai müzakirəyə çıxarılması məqsədəuyğun hesab edilmir”, - açıqlamada vurğulanır.
Tərlan Dadaşov ötən ilin mayında işdən çıxarılıb.
Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930