6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp: ABŞ ya Kuba ilə razılaşacaq, ya da “lazımi addımları atacaq”

16-mart-2026
Turan Hüseynli
Tramp: ABŞ ya Kuba ilə razılaşacaq, ya da “lazımi addımları atacaq”
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton yaxın vaxtlarda Kuba ilə ya razılaşma əldə edəcək, ya da alternativ addımlar atacaq.
"PostMedia" xəbə veirr ki, onun sözlərinə görə, hazırda tərəflər arasında danışıqlar davam edir:
“Kuba da razılaşma istəyir. Düşünürəm ki, çox tezliklə ya razılaşacağıq, ya da lazım olanı edəcəyik.”
Tramp əlavə edib ki, ABŞ administrasiyası hazırda prioritet olaraq İran məsələsinə fokuslanıb və bundan sonra Kuba ilə proses daha aktiv mərhələyə keçə bilər.
Kuba prezidenti Migel Dias-Kanel də ABŞ-la danışıqların getdiyini təsdiqləyib. Onun sözlərinə görə, məqsəd iki ölkə arasında mövcud problemləri dialoq yolu ilə həll etmək münasibətləri normallaşdırmaqdır
Daha əvvəl Donald Tramp Kuba hakimiyyətinin “tezliklə çökə biləcəyini” iddia etmişdi. Bu bəyanat iki ölkə arasında münasibətlərin hələ də gərgin olduğunu göstərir.
Hazırkı açıqlamalar ABŞ–Kuba münasibətlərində yeni mərhələnin mümkünlüyünə işarə etsə də, Trampın sərt ritorikası prosesin həm diplomatik, həm də təzyiq alətləri ilə paralel aparıldığını göstərir.
Kateqoriyalar