6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Paşinyan ermənilərin Aya uça bilməməsinin səbəbini açıqlayıb

17-mart-2026, 14:51
Paşinyan ermənilərin Aya uça bilməməsinin səbəbini açıqlayıb
Yazı Ölçüsü:

Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin niyə Aya uçmadığını açıqlayıb.

"PostMedia" xəbər verir ki, o, bu barədə dövlət sektorunda innovasiyalarla bağlı konfransda çıxışı zamanı danışıb.

Paşinyanın sözlərinə görə, səbəb ölkədə bu sahə üzrə alimlərin və yüksək ixtisaslı mütəxəssislərin olmamasıdır.

O, nümunə kimi "Apollo" proqramını göstərib və bildirib ki, bu layihənin həyata keçirilməsində təxminən 400 min alim iştirak edib.

“Əgər bu proqram üzərində 400 min deyil, məsələn, 250 min alim işləsəydi, yəqin ki, layihə həyata keçirilməzdi. Əgər bizdə də belə mütəxəssislər olsaydı, niyə Aya uçmaqdan imtina edək?” – deyə baş nazir qeyd edib.

Paşinyan həmçinin Fiqeyredonun məşhur “Tülkü və üzüm” (Ezop) təmsilini xatırladıb. Bu təmsildə tülkü çata bilmədiyi üzümü “yetişməmiş” adlandırır və bu ifadə əlçatmaz olan şeylərə laqeyd yanaşmanı təsvir etmək üçün işlədilir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930