6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Ceff Bezos yarım milyon dolları alış-verişə xərcləyib – milyarderin “kaşmir qızdırması”

05-mart-2026
Türkan Nəbi
Ceff Bezos yarım milyon dolları alış-verişə xərcləyib – milyarderin “kaşmir qızdırması”
Yazı Ölçüsü:

Jeff Bezos Silikon Vadisinin ən zövqlü geyinən milyarderlərindən biri hesab olunur.

"PostMedia" xəbər verir ki, o, Brunello Cucinelli mağazasında alış-veriş edərkən 540 min dollar xərcləyib. Bu brend 5 min dollarlıq pencəkləri və 1400 dollarlıq cins şalvarları ilə tanınır.

62 yaşlı milyarder vaxtilə 15 min dollarlıq "Honda Accord" sürdüyünü və onu “tam adi avtomobil” adlandırdığını deyirdi. İndi isə bir günlük alış-verişdə həmin məbləğin 20 qatını xərcləyir. Onun qarderobu Brunello Cucinelli markasının 1800 dollarlıq kaşmir sviterləri, fermuarlı köynəkləri və 1000 dollarlıq cins və şalvarları ilə yenilənib.

Texnologiya maqnatı bu brendi sadəcə geyinmir — o, hətta dizayner Brunello Cucinelli ilə şəxsi stil mövzusunda məsləhətləşib. Marka lüks, lakin rahat estetikası ilə Silikon Vadisinin rəhbərləri arasında populyardır və texnoloji elitanın üslubuna uyğun hesab olunur.

Moda nəşri "VOU"nun məlumatına görə, Bezos Brunello Cucinelli butiklərindən birinə tək səfəri zamanı 500 min dollardan çox xərcləyib. 226 milyard dollar sərvəti olan bir insan üçün bu məbləğ böyük görünməsə də, milyarder həm də 500 milyon dollarlıq “Koru” meqa-yaxtasının sahibidir və onun saxlanmasına gündə təxminən 140 min dollar xərcləyir.

Bezos son illər daha zərif, amma gündəlik üsluba keçib və Cucinelli geyimləri onun qarderobunun ayrılmaz hissəsinə çevrilib. Bu dəyişiklikdə onun həyat yoldaşı Lauren Sánchez-in təsiri və ya “kaşmirin kralı” kimi tanınan italyan dizaynerin istedadı rol oynamış ola bilər. İtalyan sviterləri kameralar qarşısında var-dövləti nümayiş etdirmədən bahalı görünən incə estetika təqdim edir.

Kateqoriyalar