6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Anna Hakobyan Nikol Paşinyanla ayrıldığını açıqlayıb

27-fevral-2026
Anna Hakobyan Nikol Paşinyanla ayrıldığını açıqlayıb
Yazı Ölçüsü:
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan nikahlarının başa çatdığını və hökumət iqamətgahını tərk etdiyini açıqlayıb.
"PostMedia"nın məlumatına görə, "Facebook"da paylaşdığı videoda Hakobyan bildirib ki, kirayə mənzilə köçür, şəxsi əmlakı və avtomobili yoxdur, dövlət mühafizəsindən də istifadə etməyəcək. O, hazırda “Mənim Addımım” fondunda icraçı direktor kimi fəaliyyətini davam etdirmək istədiyini, lakin bunun mümkün olub-olmayacağının hələ dəqiqləşmədiyini qeyd edib.
Hakobyan həmçinin rəsmi tədbirlərdə ona hədiyyə edilmiş bütün zinət əşyaları və bahalı geyimləri dövlətə təhvil verdiyini bildirib.
Paylaşımının sonunda cəmiyyəti bu mövzunu müzakirə etməməyə çağıraraq vurğulayıb:
“Eşitdik, qeydə aldıq və yolumuza davam etdik”.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930