Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı Parisdəki Luvr muzeyinin direktoru Lorans de Karın istefasını qəbul edib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu qərar muzeydə baş verən səs-küylü zinət əşyaları oğurluğu və ardıcıl tətillərin yaratdığı böhran fonunda verilib.
Prezident Administrasiyası bildirib ki, Makron istefanı “dünyanın ən böyük muzeyinin sabitliyə və təhlükəsizliklə modernləşmə layihələrinin uğurla icrası üçün yeni güclü impulsa ehtiyac duyduğu bir dövrdə məsuliyyətli addım” kimi yüksək qiymətləndirib.
Xatırladaq ki, ötən ilin oktyabrında Luvrdan 102 milyon dollar dəyərində zinət əşyası oğurlanıb və indiyədək tapılmayıb. Eyni zamanda, kütləvi tətillər səbəbindən muzeyin fəaliyyəti dəfələrlə dayandırılıb.
