6°C Bakı
1$ = 1.70₼
Maraqlı

İtaliyada Mussolininin Hitlərlə görüşü üçün hazırladığı qeydlər tapılıb

24-fevral-2026, 11:12
İtaliyada Mussolininin Hitlərlə görüşü üçün hazırladığı qeydlər tapılıb
Yazı Ölçüsü:

İtaliya karabinerlərinin mədəni irsin mühafizəsi bölməsi Benito Mussolininin 1944-cü il aprelin 22-də Salzburqda Adolf Hitlerlə görüşü üçün hazırladığı beş əl yazısı qeydi dövlətə qaytarıb.

"PostMedia" xəbər verir ki, sənədlər antikvar bazarının monitorinqi zamanı aşkar edilib və ilkin ekspertiza onların Mussoliniyə məxsus olduğunu təsdiqləyib.

Qeydlər “Silahlı qüvvələr”, “Siyasət” və “İqtisadiyyat və əmək” mövzularını əhatə edir və həmin dövrdə keçirilən görüşdə müzakirə olunan məsələlərlə üst-üstə düşür. Araşdırma zamanı sənədlərin İkinci Dünya müharibəsinin sonundan bəri dövriyyədə olduğu müəyyənləşib.

Rəsmi qurumlar bu materialları müstəsna tarixi irs nümunəsi kimi qiymətləndirib və onların İtaliya dövlətinə məxsus olduğunu bəyan ediblər. Qeydlər elmi araşdırma və qorunma məqsədilə Mədəniyyət Nazirliyinin arxivlərinə təhvil veriləcək.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031