6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp Münxendəki çıxışına görə Rubionu az qala işdən çıxardığını etiraf edib

19-fevral-2026
Turan Hüseynli
Tramp Münxendəki çıxışına görə Rubionu az qala işdən çıxardığını etiraf edib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Münxen Təhlükəsizlik Konfransında etdiyi çıxışa görə dövlət katibi Marko Rubionu az qala vəzifəsindən azad etdiyini zarafatla etiraf edib.

"PostMedia" xəbər verir ki, Tramp bunu Vaşinqtonda keçirilən ilk Sülh Şurası sammitində bildirib.

“Marko, sən Münxendə bizi qürurlandırdın. Açığı, o qədər yaxşı çıxış etdi ki, az qala onu işdən çıxaracaqdım. Çünki hamı deyirdi: “Niyə Tramp bunu edə bilmir?”.

ABŞ lideri Rubionun məsələlərə daha yumşaq yanaşması ilə kabinetin digər üzvü, vitse-prezident Ceyms Devid Vensdən fərqləndiyini də vurğulayıb. “Kabinetimiz əla komandadır. Onların çoxu buradadır. Vens möhtəşəmdir, amma bəzən bir az israrlı olur, bəzən onu bir qədər saxlamaq lazım gəlir. O, tez-tez öz fikrini açıq deyir. Bu baxımdan, o, Rubionun tam əksidir”, – deyə Tramp əlavə edib.

Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransının 62-ci iclasında Marko Rubio sərhədsiz dünya və milli maraqların qlobal nizamla əvəzlənməsi ideyasının yanlış olduğunu bildirib. O, eyni zamanda ABŞ–Avropa ittifaqını XXI əsrin çağırışlarına uyğunlaşmağa çağıraraq, tərəflər arasında əməkdaşlığın tarixi köklərinin və əsaslarının vacibliyini vurğulayıb.

Kateqoriyalar