6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Birinci xanımın zövqsüz geyimi Ermənistanda müzakirələrə səbəb olub

12-fevral-2026
Türkan Nəbi
Birinci xanımın zövqsüz geyimi Ermənistanda müzakirələrə səbəb olub
Yazı Ölçüsü:

Ermənistanın Baş nairi Nikol Paşinyanın həyat yoldaşı və ölkənin birinci xanımı Anna Hakobyanın xarici səfərlər zamanı geyindiyi geyimlər Ermənistanda geniş müzakirə olunub.

"PostMedia" bu ölkənin KİV-lərinə istinadən xəbər verir ki, mediada Hakobyanın uyğunsuz geyim seçdiyi bununla da diplomatik etikanı pozduğu iddia olunur.

Dövlət başçısının həyat yoldaşının rəsmi tədbirlərdə geyimi diplomatiyanın vacib elementidir. Hər rəng, forma və detal ölkənin vizual imicinə təsir göstərir və beynəlxalq səviyyədə mesaj daşıyır. Diplomatik geyim yalnız şəxsi zövq deyil, həm də rəsmi statusun nümayişidir.

Məsələn, Melania Trump Səudiyyə Ərəbistanına səfərində zümrüd rəngli libası ilə həm estetik, həm də diplomatik mesaj verdi. Ursula von der Leyen Hindistana səfərində Banarasi parçası ilə Avropa rəsmi siluetini qoruyaraq mədəni hörmət göstərdi. Bu nümunələr göstərir ki, mədəni elementlər incə şəkildə daxil edilməli və qəbul edən ölkənin ənənələrinə hörmətlə yanaşılmalıdır.

Əksinə, Anna Hakobyanın Çin səfərində geyimi diqqət çəkdi. Açıq rəng, mini yubka, idman ayaqqabısı və açıq çiyinlər rəsmi protokol və Çin mədəniyyətinə uyğun deyildi. Bu, həm vizual balansı pozdu, həm də diplomatik mesajın itirilməsinə səbəb oldu.

Casual və ya qeyri-rəsmi geyim rəsmi tədbirlərdə ölkənin imicinə mənfi təsir göstərə bilər. Hətta sadə və rahat geyimlər də düzgün seçilərsə, rəsmi statusu qorumaq mümkündür. Ekspertlər vurğulayır ki, hər bir detal – rəng, forma, material – diplomatik məqsədə xidmət etməlidir.

Nəticədə, ilk xanımın geyimi yalnız moda deyil, həm də dövlətin beynəlxalq nüfuzunu əks etdirən strateji bir elementdir. Uyğunsuz seçimlər isə həm vizual, həm də diplomatik çatışmazlıqlara yol aça bilər.

Kateqoriyalar