6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Bloomberg: Rusiya məsələsinə görə Estoniya prezidenti ilə baş nazir arasında fikir ayrılığı yaranıb

06-fevral-2026
Bloomberg: Rusiya məsələsinə görə Estoniya prezidenti ilə baş nazir arasında fikir ayrılığı yaranıb
Yazı Ölçüsü:
Estoniya Prezidenti Alar Karis və Baş nazir Kristen Mixal Rusiya ilə danışıqlar aparmaq üçün Avropa İttifaqının xüsusi nümayəndəsinin təyin edilməsi məsələsində fikir ayrılığı yaşayırlar.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Daha əvvəl Alar Karis Euronews telekanalına müsahibəsində Rusiya ilə təmasların bərpası üçün xüsusi Avropa elçisinin təyin olunmasına çağırış edib. O vurğulayıb ki, bu xüsusi nümayəndə həm Rusiya, həm də Ukraynanın etimad göstərdiyi “iri Avropa ölkələrindən birini” təmsil etməlidir.
Baş nazir Kristen Mixal isə Rusiya ilə birbaşa danışıqların “uyğun olmadığını” bildirib. Onun sözlərinə görə, “Moskva ilə münasibətlərdə yalnız təzyiq mexanizmi işləyir”.
Agentlik qeyd edir ki, Karis daha çox simvolik səlahiyyətlərə malik vəzifə tutsa da, onun təklifinə mənfi münasibət Baltik ölkələrində Rusiya ilə dialoqun bərpası ideyasına qarşı mövcud narahatlığı əks etdirir. Bloomberg vurğulayır ki, bu yanaşma regionda faktiki olaraq qəbuledilməz sayılır.
Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031