6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Böyük Britaniyada pilotsuz helikopter hazırlanıb

06-fevral-2026
Böyük Britaniyada pilotsuz helikopter hazırlanıb
Yazı Ölçüsü:

Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələri yaxın zamanda "Leonardo Proteus" adlı pilotsuz helikopteri istifadəyə verəcək. Aparat artıq ilk sınaq uçuşunu uğurla başa vurub.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, qlobal hərbi-siyasi vəziyyətin dəyişməsi və aparıcı dövlətlərin sürətli silahlanması Böyük Britaniyanın donanmasını müasir avtonom sistemlərlə təchiz etmək qərarına ciddi təsir göstərib. Yeni konsepsiyanın əsasını bütün dünyada avtonom döyüş sistemlərinin tətbiqini nəzərdə tutan “Atlantik Bastion” proqramı təşkil edəcək.

Bu çərçivədə Kral Donanması ənənəvi və avtonom suüstü və sualtı gəmiləri birləşdirən yüksək texnoloji sistemə çevrilə bilər. Bu gəmilər Atlantik okeanı, Şimal dənizi və Arktika bölgəsində düşmən sualtı hədəflərini izləmək imkanına malik olacaq. "Texcult" portalının məlumatına görə, sistemin əsas elementi "Leonardo" şirkətinin hazırladığı "Proteus" pilotsuz helikopteri olacaq.

AW09 helikopteri bazasında yaradılan "Leonardo Proteus" təxminən 3 ton çəkiyə, 1 ton yükdaşıma qabiliyyətinə, 260 km/saat maksimal sürətə və 5 saat uçuş müddətinə malikdir.

Pilotsuz helikopterin əsas vəzifələri sualtı qayıqların izlənilməsidöyüş bölmələrinin logistik təminatıdır. Onun modul tipli yük bölməsində hidroakustik şamandıralar, dəniz axtarış radarı və müxtəlif rabitə sistemləri yerləşdirilə bilər. Proteus həmçinin "Merlin" və "Wildcat" ekipajlı helikopterlərinin, eləcə də F-35 qırıcılarının imkanlarını genişləndirmək üçün nəzərdə tutulub.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930