6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Hansı ölkələr nüvə enerjili aviadaşıyıcılara malikdir?

05-fevral-2026
Turan Hüseynli
Hansı ölkələr nüvə enerjili aviadaşıyıcılara malikdir?
Yazı Ölçüsü:

Dünya hərbi-dəniz qüvvələrinin xəritəsinə baxdıqda, demək olar ki, əksər ölkələrin adi (ənənəvi mühərrikli) gəmilər və aviadaşıyıcılar istismar etdiyi görünür. Lakin nüvə enerjili aviadaşıyıcı texnologiyasına yalnız çox məhdud sayda ölkə sahibdir. Bu nəhəng gəmilər faktiki olaraq üzən hava limanlarıdır və yanacaq doldurmadan illərlə dənizdə qala bilirlər.

ABŞ

ABŞ bu sahədə mübahisəsiz liderdir. ABŞ Hərbi-Dəniz Qüvvələri hazırda 11 nüvə enerjili aviadaşıyıcı istismar edir. Bunlara "Nimitz" sinfi, ən yeni "Gerald R. Ford" sinfi aviadaşıyıcılar daxildir.

Bu gəmilər ABŞ-nin qlobal hərbi güc proyeksiyasının əsasını təşkil edir və dünyanın istənilən nöqtəsində hava əməliyyatları aparmağa imkan verir. Məşhur nümunələr kimi USS Ronald Reagan, USS Dwight D. Eisenhower, USS George Washington və s. göstərmək olar.

Yalnız ərzaq ehtiyatları və heyətin davamlılığı ilə bağlı məsələləri çıxmaq şərti ilə nüvə mühərriki bu gəmilərə yanacaq məhdudiyyəti olmadan uzun müddət dənizdə qalmaq imkanı verir.

Fransa

Fransa Avropada nüvə enerjili aviadaşıyıcıya sahib olan yeganə ölkədir.
2001-ci ildən istismarda olan “Charles de Gaulle” aviadaşıyıcısı Fransaya Atlantik okeanından Hind okeanına qədər geniş hərbi-dəniz mövcudluğu təmin edir.

Fransa hökuməti artıq bu gəmini əvəz edəcək yeni nəsil nüvə aviadaşıyıcısının inşasını təsdiqləyib. Yeni gəminin 2030-cu illərin sonlarında istismara verilməsi planlaşdırılır və onun daha böyük, daha texnoloji olacağı bildirilir.

Çin

Çin hazırda ilk nüvə enerjili aviadaşıyıcısının tikintisini sürətləndirir. Məlumatlara görə, bu gəmi 2030-cu ilə qədər hazır ola bilər. Bu addım Pekinin uzaqmənzilli dəniz gücü yaratmaq strategiyasının mühüm hissəsi hesab olunur։

Kateqoriyalar