Niderland kraliçası Maksima yaxın zamanda Krallığın Silahlı Qüvvələrində ehtiyat hərbçi kimi hərbi xidmətə başlayacaq.
"PostMedia" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindəki mənbələrə istinadən "RTL Nieuws" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, kraliça həm nəzəri, həm də fiziki hazırlığı əhatə edən hərbi təlim proqramında iştirak edəcək. Maksima şəxsi silahla davranmağı öyrənəcək, atıcılıq məşqləri edəcək, taktiki hazırlıq keçəcək və xəritə üzrə naviqasiyanın əsaslarına yiyələnəcək. Təlimlər onun rəsmi iş qrafiki nəzərə alınmaqla çevik formada təşkil olunacaq və kraliça mütəmadi olaraq dərslərdə iştirak etməli olacaq.
“Kraliça nəzəri və fiziki hazırlığı əhatə edən hərbi təlim proqramından keçməlidir. O, həmçinin atəş açmağı və xəritə oxumağı öyrənəcək”, – telekanal mənbələrinə istinadən bildirir.
Müdafiə Nazirliyi ümid edir ki, kral ailəsinin üzvünün hərbi xidmətə cəlb olunması Niderland vətəndaşları arasında hərbi karyeraya və ehtiyat qüvvələrinə marağın artmasına təkan verəcək.
