Yaponiya ABŞ dövlət istiqrazlarının ən böyük xarici sahibidir. Belə ki, onun payına 1,2 trilyon dollara çatır.
"PostMedia"nın məkumatına görə, "Naked Science" yazır ki, 2019-cu ildə Yaponiya Çini geridə qoyub. Bu, onilliklər boyu davam edən tendensiya ilə müqayisədə ciddi dəyişiklik idi: əvvəllər Çin təxminən 1,3 trilyon dollar həcmində ABŞ borcuna sahib idi. Həmin vaxtdan bəri Çinin ABŞ dövlət istiqrazlarındakı payı demək olar ki, iki dəfə azalıb, Yaponiya isə eyni dövrdə investisiyalarını daha məhdud şəkildə — təxminən 61 milyard dollar artırıb.
Sonrakı yerdə Böyük Britaniya qərarlaşıb — onun ABŞ federal borcundakı payı 888,5 milyard dollar təşkil edir. Son 12 ay ərzində Britaniyanın yatırımları ikirəqəmli templə artıb. Oxşar artım Belçika, Fransa və Norveç də daxil olmaqla bir sıra Avropa ölkələrində də müşahidə olunur.
Eyni zamanda BRİKS ölkələri ABŞ borcuna olan mövqelərini aktiv şəkildə azaldıblar. Braziliya ABŞ dövlət istiqrazlarını 27%, Hindistan 20%, Çin isə 11% azaltıb.
Bununla yanaşı, 2025-ci ilin sonuna doğru qlobal mərkəzi bankların ehtiyatlarında qızılın payı 1996-cı ildən bəri ilk dəfə olaraq ABŞ dövlət istiqrazlarının payını üstələyib.