N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Rusiyanın ən zəngin şəxslərinin sərvəti yanvarda 19,4 milyard dollar artıb – "Bloomberg"

02-fevral-2026
Türkan Nəbi
Rusiyanın ən zəngin şəxslərinin sərvəti yanvarda 19,4 milyard dollar artıb – "Bloomberg"
Yazı Ölçüsü:

2026-cı ilin yanvar ayında Rusiyanın ən varlı iş adamlarının sərvəti 19,392 milyard dollar artıb.

"PostMedia" "Bloomberg" agentliyinin "Billionaires Index"inə istinadən verdiyi xəbərə görə, hesablamalar əsasən şirkətlərin səhmlərinin qiymətinə əsaslanır.

  • Vladimir Potanin (“Norilsk Nickel” prezidenti) sərvətini 3,46 milyard dollar artıraraq 29,9 milyard dollara çatdırıb.

  • Andrey Melniçenko (“EuroChem” və SUEK-in həmtəsisçisi) sərvətini 2,83 milyard dollar artıraraq 21,8 milyard dollara yüksəldib.

  • Leonid Mixelson (“Novatek” rəhbəri) yanvarda 1,93 milyard dollar qazanıb, sərvəti 25,6 milyard dollar olub.

  • Vahit Ələkbərov (“Lukoil” təsisçisi) sərvətini 1,55 milyard dollar artıraraq 24,1 milyard dollara çatdırıb.

Eyni zamanda, "Telegram"ın həmtəsisçisi Pavel Durov sərvətini 786 milyon dollar itirib və 13,6 milyard dollar-a enib.

Qeyd edək ki, "Bloomberg Billionaires Index"-i 2012-ci ildən bəri yayımlayır və dünyanın ən zəngin 500 insanının sərvəti barədə məlumatları əhatə edir.

Kateqoriyalar