6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Nobel Sülh Mükafatı laureatının adının sızmasının səbəbi açıqlayıb

30-yanvar-2026
Nobel Sülh Mükafatı laureatının adının sızmasının səbəbi açıqlayıb
Yazı Ölçüsü:

Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonun Nobel Sülh Mükafatına layiq görülməsi ilə bağlı məlumatın sızmasının ən ehtimal olunan səbəbi rəsmi açıqlamadan əvvəl Nobel İnstitutunun kompüter sistemlərinin sındırılması olub.

"PostMedia"məlumat verir ki, bu barədə "Reuters" daxili araşdırmanın nəticələrinə istinadən xəbər verir.

Ötən ilin oktyabrında Norveç Nobel İnstitutunun direktoru Kristian Berq Harpviken bildirmişdi ki, Norveç Nobel Komitəsi sülh mükafatı laureatı barədə məlumatın rəsmi elanından əvvəl sızma olub-olmadığını araşdıracaq. Buna səbəb ABŞ-ın onlayn proqnoz platforması Polymarket-də Maçadonun qələbəsinə edilən mərcələrin kəskin artması idi. Daha sonra Harpviken hadisəni casusluqla əlaqələndirmişdi.

“Ötən ilin Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçadonun adının sızmasının ən ehtimal olunan səbəbi Nobel təşkilatının kompüter sistemlərinin sındırılmasıdır”, – agentlik araşdırmanın nəticələrinə istinadən bildirir.

Bununla belə, Harpvikenin sözlərinə görə, “aydın versiyanın olmaması” səbəbindən polis araşdırmasına başlanmaması barədə qərar qəbul edilib.

Rəsmi mükafatlandırmadan əvvəl, Norveçin Finansavisen qəzetinin yazdığına görə, Maçado Polymarket istifadəçiləri arasında “açıq-aşkar autsayder” hesab olunurdu. Lakin cəmi bir neçə saat ərzində onun qalib gəlmə ehtimalı 3,6%-dən 70%-dən yuxarı qalxıb və o, favoritə çevrilib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930