6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Lukaşenko qadınlara gözəlliyi qorumaq üçün qar təmizləməyi məsləhət görüb

30-yanvar-2026
Lukaşenko qadınlara gözəlliyi qorumaq üçün qar təmizləməyi məsləhət görüb
Yazı Ölçüsü:

Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, qadınların gözəlliyini qorumaq üçün açıq havada qar təmizləmək istənilən kosmetik vasitədən daha faydalıdır.

"PostMedia" xəbər verir ki, mikroelektronika sahəsində aparıcı müəssisə olan “Planar” ASC-yə səfəri zamanı Lukaşenko qadın əməkdaşlarla söhbət edib və onlara tövsiyələr verib.

“Hamınız gözəl olmaq istəyirsiniz. Üzünüzə, bədənin başqa yerlərinə hər cür şeylər sürtürsünüz, bal çəkirsiniz, hamama gedirsiniz və sair. Mən bunu başa düşürəm, bilirəm. Amma gözəllik üçün ən yaxşı ‘bal’ bel götürüb qar təmizləməkdir. İnanın mənə, bu, ən yaxşı vasitədir”, – deyə prezident bildirib.

Lukaşenkonun sözlərinə görə, belə fiziki işdən sonra qadınlar gənc və cəlbedici qalırlar: “Biz kişilər üçün onlar arzuolunandır”, – deyə o əlavə edib.

Belarus lideri özü də vaxtaşırı qar təmizləmə işlərində iştirak edir. Yanvarın əvvəlində “Puly Pervogo” kanalının verilişi Lukaşenkonun oğlu Nikolayla birlikdə qar kürəkləri ilə güclü qarın nəticələrinin aradan qaldırılmasına kömək etdiyini göstərən kadrlar yayımlamışdı.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930