Ermənistanın Baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyan biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb.
"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər veirr ki, o, 2025-ci il sentyabrın 18-də “ATLİKS” QSC-ni təsis edib və şirkətə rəhbərlik edir.
“ATLİKS” şirkətinin 50 faiz payı Mariam Paşinyana məxsusdur. Digər 50 faizin sahibi onun tərəfdaşı Diana Arzumanyandır. Diana Arzumanyan eyni zamanda 2022-ci ildə İrəvanda texnoloji konfrans təşkil etmiş “Orion Worldwide Innovations” MMC-nin də həmtəsisçisidir. Həmin tədbirdə baş nazirin müavini Mher Qriqoryan, o dövrdə Yüksək Texnologiyalar Sənayesi naziri olan Robert Xaçatryan, Mərkəzi Bankın sədri Martin Qalstyan və digər rəsmi şəxslər iştirak etmişdilər.
“ATLİKS” şirkətinin fəaliyyət sahəsi xidmətlərin göstərilməsidir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
