6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Proqnoz: Dünya üzrə mal əti istehsalı 2-3% azalacaq

07-sentyabr-2026, 22:37
Proqnoz: Dünya üzrə mal əti istehsalı 2-3% azalacaq
Yazı Ölçüsü:

2026-cı ildə dünya üzrə mal əti istehsalının 2025-ci illə müqayisədə 2-3% azalacağı gözlənilir.

"PostMedia" xəbər verir ki, bu barədə "RaboResearch" təşkilatının "Global Beef Quarterly Q3 2026" rüblük hesabatında bildirilib.

Təşkilatın analitikləri qeyd edirlər ki, ticarətdə yaranan problemlər dünya üzrə mal əti axınlarının yenidən bölüşdürülməsinə səbəb olmağa başlayıb. Bunun fonunda qlobal ehtiyatlar azalmaqda, mal-qaranın qiymətləri isə yüksək olaraq qalmaqdadır.

"Aqroeksport"un məlumatına görə, Çinin idxal kvotası səbəbindən iyun ayından etibarən Avstraliyanın Çinə mal əti ixracı kəskin azalıb.

Bundan başqa, Çinin müəyyən etdiyi kvotaya yaxınlaşdıqca avqust ayında Braziliyadan tədarük həcminin də azalacağı gözlənilir.

Çin kvotasının tükənməsi, eləcə də Avropa İttifaqından tədarükün dayandırılmasının gözlənilməsi Braziliya bazarında dəyişikliklərə səbəb olacaq.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930