6°C Bakı
1$ = 1.70₼
MALİYYƏ-BİZNES

Türkiyə bankı İrana qarşı ABŞ sanksiyaları siyahısına salınıb

04-sentyabr-2026, 20:47
Türkiyə bankı İrana qarşı ABŞ sanksiyaları siyahısına salınıb
Yazı Ölçüsü:

ABŞ Türkiyənin "Golden Global" bankını və onun törəmə şirkətlərini İrana qarşı tətbiq olunan sanksiyalar siyahısına daxil edib.

"PostMedia" xəbə veeir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc olunan bildirişdə məlumat verilib.

Məhdudiyyətlər maliyyə təşkilatının özü ilə yanaşı, Türkiyədə fəaliyyət göstərən iki struktur bölməsinə də tətbiq edilib.

Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyi "Golden Global"ın iştirakı ilə həyata keçirilən maliyyə əməliyyatlarının yekunlaşdırılması üçün lazım olan müəyyən əməliyyatların sentyabrın 19-dək aparılmasına icazə verən ümumi lisenziya verib.

Sanksiyalar siyahısına daxil edilmə ABŞ ərazisində həmin şəxslərə və qurumlara məxsus aktivlərin dondurulmasını nəzərdə tutur. Həmçinin ABŞ vətəndaşlarına və şirkətlərinə siyahıya daxil edilən tərəflərlə biznes aparmaq qadağan edilir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031