6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Tramp: "ABŞ Fed faiz dərəcəsini azaltmasa, bəzi ölkələrlə ticarəti dayandıra bilər"

04-sentyabr-2026, 23:13
Tramp: "ABŞ Fed faiz dərəcəsini azaltmasa, bəzi ölkələrlə ticarəti dayandıra bilər"
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) əsas faiz dərəcəsini azaltmaması halında Vaşinqtonun ABŞ-nin ticarət kəsiri olduğu ölkələrlə ticarəti dayandıra biləcəyini bildirib.

"PostMedia" xəbər verir ki, Tramp "Truth Social"da paylaşdığı açıqlamada ABŞ-da "dünyada ən aşağı faiz dərəcəsinin" olması lazım olduğunu vurğulayıb. O bildirib ki, bəzi ölkələr ABŞ ilə ticarətdə böyük profisitə malikdir və Vaşinqton bu vəziyyətə dərhal son qoya bilər.

"Faiz dərəcəsini aşağı salın, əks halda kəsirimiz olan ölkələrlə ticarəti dayandıracağam", – Tramp yazıb.

ABŞ prezidenti yüksək faiz dərəcələrinin ölkəni beynəlxalq müstəvidə "ədalətsiz vəziyyətə" saldığını bildirib və belə vəziyyətə yol verməyəcəyini vurğulayıb. O, ticarətin dayandırılmasının tariflərdən daha effektiv ola biləcəyini də qeyd edib.

Trampın açıqlaması ABŞ-də avqust ayı üzrə məşğulluq göstəricilərinin gözləntiləri üstələməsindən sonra verilib. ABŞ Əmək Statistikaları Bürosunun məlumatına görə, avqustda ölkədə 162 min yeni iş yeri yaradılıb. Bu göstərici bazar proqnozlarından xeyli yüksək olub. Güclü əmək bazarı FED-in faiz dərəcəsini azaltması ilə bağlı gözləntiləri zəiflədib və sentyabr iclasında əks istiqamətdə qərar ehtimalını artırıb.

FED-in növbəti iclası sentyabrın 15-16-da keçiriləcək. Hazırda faiz dərəcəsinin gələcək istiqaməti ilə bağlı bazarlarda qeyri-müəyyənlik qalır.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930