6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Baltikyanı ölkələrdə müharibə nəticələrinin sığortası satılmağa başlanıb

04-sentyabr-2026, 18:48
Baltikyanı ölkələrdə müharibə nəticələrinin sığortası satılmağa başlanıb
Yazı Ölçüsü:

İsveçin "Swedbank" bankı Litva, Latviya və Estoniyada yaşayan müştəriləri üçün mənzil sığortasının əhatə dairəsini genişləndirib. Yeni şərtlərə müharibə, hərbi əməliyyatlar, silahlı siyasi münaqişə, terror aktları, kütləvi iğtişaşlar və üsyanlar nəticəsində yaranan zərər də daxil edilib.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə kredit təşkilatının saytında "yenilik" qeydi ilə məlumat verilib. Sığorta təminatı zərbə dronlarının hücumları nəticəsində yaranan zərərə də şamil olunur. "Swedbank" müharibə dedikdə iki və ya daha çox suveren dövlət arasında silahlı münaqişəni nəzərdə tutur.

Bununla yanaşı, genişləndirilmiş mənzil sığortası ABŞ, Çin, Fransa, Böyük Britaniya və Rusiya olmaqla dünyanın beş böyük dövlətindən iki və ya daha çoxunun iştirak etdiyi müharibə nəticəsində yaranan zərəri əhatə etmir və belə zərərə görə kompensasiya ödəmir.

Kimyəvi, bioloji və nüvə silahlarından istifadə, eləcə də kiber və elektron hücumlar nəticəsində yaranan fəsadlar da sığorta təminatından istisna edilir.

Yeni şərtlər avqustun 6-dan qüvvəyə minib. İlkin mərhələdə "Swedbank" Baltikyanı ölkələrdəki bütün müştərilərinə 6 ay müddətinə əlavə sığorta təminatı təqdim edir.

Avqustun əvvəlində "The Wall Street Journal" ABŞ kəşfiyyatının məlumatlarına istinadən Rusiyanın qarşıdakı illərdə NATO ölkələrindən birinə qarşı "məhdud hücum" həyata keçirə və alyansın qətiyyətini "sınaqdan keçirə" biləcəyini yazmışdı.

Qəzet mümkün ssenarilər sırasında Litva, Latviya və ya Estoniyaya "kiçikmiqyaslı quru müdaxiləsi" ehtimalını da qeyd etmişdi.

Avqustun sonunda bu narahatlıqlar Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya gözlənilməz səfərindən sonra daha da artıb. "The Wall Street Journal"ın məlumatına görə, Retkliff Rusiya hakimiyyətini Baltikyanı ölkələrə hücum etməkdən çəkindirilməsi barədə xəbərdar edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930